Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Nərgiz Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Tehsil-press.az saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, N.Məmmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N.Məmmədova ləğv edilmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə təşkil etdiyi test imtahanlarından kənar tələbə qəbul etdirməkdə təqsirli bilinib. O, 2007-ci ildə Rüfət Şərifovu Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirmək adı ilə aldadaraq ondan 23 min manat almaqda ittiham olunub.
Törətdiyi cinayət əməlinə görə, N.Məmmədovaya qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb.
tehsil-press.az