Naxçıvanda IV SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib.
Festivalın məqsədi “SABAH qrupları” layihəsinin incəsənətyönümlü baza ali təhsil müəssisələrində tələbələrin nailiyyətlərini əyani nümayiş etdirmək, gənclər arasında təhsil və yaradıcılığa həvəsi artırmaqdır.
Tədbirdə müxtəlif musiqi və rəqs nömrələri, tamaşalardan parçalar ifa edilib, həmçinin memarlıq layihələri, dizayn və dekorativ tətbiqi sənət nümunələri nümayiş olunub.
Bundan başqa, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) “SABAH” qrupları tələbələri tərəfindən bədii keramika, xalçaçılıq, toxuculuq, metal və rəngkarlıq üzrə ustad dərsləri keçirilib.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti, Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin xüsusi dəstəyi ilə həyata keçirilib.
Tehsil-press.az