Naxçıvanla bağlı daha bir dəyişiklik

Naxçıvanla bağlı daha bir dəyişiklik Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib.
Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.
Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilib və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu adlandırılıb.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Dövlət Sosial Müdafiə Fondunun nizamnaməsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək tapşırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Fərman imzalandığı gündən qüvvəyə minir.

Tehsil-press.az

Oxşar xəbərlər