“Paşa Həyat Sığorta” şirkəti Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün “Həyat sığortası məhsulları” mövzusunda infosessiya keçirib.
Şirkətin əməkdaşı, təlimçi Səbinə Qədimova bildirib ki, BDU ilə “Paşa Həyat Sığorta”nın əməkdaşlığının əsas məqsədi tələbələrin əmək bazarına uğurlu qoşulmasını təmin etmək, onlara karyeranın qurulması istiqamətdə yardımçı olmaqdır.
S.Qədimova sığorta anlayışı, həyat sığortasının növləri, Azərbaycanda sığorta mədəniyyətinin formalaşması, ödənişlərdən imtinanın əsasları haqqında ətraflı məlumat verib. Sonra təlimçi sığortanın həyatın yaşam sığortası, icbari həyat sığortası, kredit sığortası, “həyata bağlan” sığortası və gəlirli sığorta kimi növlərinə dair məlumatları tələbələrin diqqətinə çatdırıb. O, həyat sığortasına aid olan əsas anlayışların (sığortaçı, sığortalı, sığorta olunan, faydalanan şəxs) da geniş izahını verib.
Sonda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
Tehsil-press.az