“PAŞA Həyat” Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün müsabiqə elan edib

“PAŞA Həyat” Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün müsabiqə elan edib Azərbaycan sığorta bazarının ən iri şirkəti olan “PAŞA Həyat” Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün “Azərbaycanda həyat sığortası” mövzusunda yazı müsabiqəsi elan edib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, müsabiqəyə 23 noyabrdan start verilib və yazıların son qəbulu günü 17 dekabr 2016-cı il tarixinədəkdir.
Müsabiqənin şərtlərinə görə, pul mükafatı yalnız I, II və III yerlərin qalibinə təqdim olunur və qeyd olunan yerlər üzrə ümumu mükafat fondu 1 000 manat təşkil edir. Mükafatların yerlər üzrə məbləğinə gəldikdə isə I yer üçün 500 manat, II yer üçün 300 manat, III yerin qalibinə 200 manat pul mükafatı veriləcək. Qaliblərə və müsabiqədə fərqlənən iştirakçılara “PAŞA Həyat” tərəfindən hədiyyələr də təqdim olunacaq.
Müsabiqəyə təqdim olunan məqalənin həcmi üçün minimum və maksimum hədd nəzərdə tutulmayıb. Məqalə əhatə genişliyinə və dolğun məzmuna malik olmalıdır. Müsabiqə ilə bağlı təqdim olunan materiallar [email protected] elektron ünvanına göndərilməlidir.
Müsabiqəyə daxil olan yazıları qiymətləndirəcək münsiflər heyəti “PAŞA Həyat Sığorta” ASC-nin və BDU-nun əməkdaşlarından ibarətdir.
Müsabiqənin şərtləri ilə bağlı ətraflı məlumatı www.pasha-life.az saytından əldə edə bilərsiniz.
“PAŞA Həyat Sığorta” ASC-nin Bakı Dövlət Universiteti ilə birgə təşkil etdiyi Yazı Müsabiqəsinin Şərtləri

Mətbuat və informasiya şöbəsi


“PAŞA Həyat” Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri üçün müsabiqə elan edib

Oxşar xəbərlər