Rəsmi Kiyev NATO ölkələrinin Ukraynaya qoşun yeritməsini gözləmir

Rəsmi Kiyev NATO ölkələrinin Ukraynaya qoşun yeritməsini gözləmir Şimali Atlantika Alyansı (NATO) ölkələri müharibə bitənə qədər Ukrayna ərazisinə qoşun yeritməyəcək.
Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba 1+1 telekanalına açıqlamasında söyləyib.
"Ukrayna ərazisində silahlı münaqişə bitənə qədər xarici dövlətlər bizim ölkə ərazisinə öz qoşunlarını göndərməyəcək. Üstəlik, biz bunu tələb etmirik", - Kuleba bildirib.
Nazir vurğulayıb ki, ölkəsi Alyansa üzv olduqdan sonra onların müdafiəsi üçün Ukrayna briqadaları NATO-nun digər ölkələrində yerləşdiriləcək.
NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, əgər Kiyev NATO-nun iyul ayında Vilnüsdə keçiriləcək sammitində təhlükəsizlik zəmanəti ilə bağlı ciddi irəliləyişə nail olmasa, Polşa və Baltikyanı ölkələr öz qüvvələrini Ukraynaya yerləşdirə bilər.

Tehsil-press.az


Oxşar xəbərlər