Ukrayna: NATO susur və bu, böyük səhvdir

Ukrayna: NATO susur və bu, böyük səhvdir Qərb ölkələrinin Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı susqunluğu alyansın ən böyük səhvi idi.
Bunu Ukrayna Baş nazirinin müavini Olqa Stefanişina deyib.
Onun sözlərinə görə, NATO-nun 2008-ci ildəki Buxarest sammitindən sonra Kiyev tarixi cavab gözləyir.
“Ukrayna və Gürcüstana Buxarest sammitində qeydə alınmış mövqeyə uyğun cavab verməmək müttəfiqlərimizin edə biləcəyi ən böyük səhv idi. Ukrayna NATO-nun təhlükəsizlik siyasəti və kollektiv müdafiəsinə töhfə verir”, - o bildirib.

Tehsil-press.az



Oxşar xəbərlər