Ukraynanın NATO-ya üzvlük ərizəsini 11 ölkə dəstəkləyib

Ukraynanın NATO-ya üzvlük ərizəsini 11 ölkə dəstəkləyib “Ukraynanın NATO-ya üzv olmaqla bağlı ərizəsini artıq 11 ölkə dəstəkləyib”.
Bu barədə məlumatı Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak öz teleqram kanalında paylaşıb.
Onun sözlərinə görə, həmin ölkələr Kanada, Polşa, Slovakiya, Çexiya, Rumıniya, Litva, Estoniya, Latviya, Xorvatiya, Monteneqro və Şimali Makedoniyadır.
Qeyd edək ki, Ukraynanın NATO-ya üzv olması üçün alyansa üzv olan 30 ölkənin təsdiqi tələb olunur.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-u ölkəsinin NATO-ya üzv olmağa dair ərizəsinin alyansa təqdim edildiyini açıqlayıb.

Tehsil-press.az


Oxşar xəbərlər