Yaqub Piriyev: “Dövlət sifarişli yerlərə tələbə qəbulu son 5 ildə 118 faiz artıb”

Yaqub Piriyev: “Dövlət sifarişli yerlərə tələbə qəbulu son 5 ildə 118 faiz artıb” “Dövlət sifarişli yerlərə tələbə qəbulu son 5 ildə 118 faiz artıb”.
Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev bildirib.
Onun sözlərinə görə, 2022-2023-cü illərdə tələbə qəbulunda 8,3 faiz, dövlət sifarişi üzrə 8,9 faiz artım olub:
“Ən çox artım texniki və texnoloji ixtisaslar üzrə olub və 14,3 faiz təşkil edib. Təhsil ixtisas qrupunda 3 faizlik, tibb təhsilində isə 12,4 faiz olub. Eyni ilə dövlət sifarişli yerlərdə də bu artım müşahidə edilir”.
Y.Piriyev qeyd edib ki, növbəti tədris ilində tibb təhsilinə qəbul olan 91 faizdən çox tələbə dövlət sifarişli yerlərdə təhsil alacaq:
“Növbəti tədris ilində İT ixtisas üzrə qəbulun proqnozu 16,7 faiz, dövlət sifarişli yerlər isə 42,2 faiz artacaq. Magistratura üzrə İT ixtisas üzrə qəbul proqnozu 7,4 faiz, dövlət sifarişi isə 54,6 faiz artacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər