Siyəzəndə yaşayış binasında partlayış - Xəsarət alanlar var

Siyəzəndə yaşayış binasında partlayış - Xəsarət alanlar var Siyəzəndə yaşayış binasında partlayış olub.
Beşmərtəbəli binanın birinci mərtəbəsindəki mənzillərin birində baş verən partlayış zamanı 3 nəfər xəsarət alıb.
Xəsarət alanlardan biri ağır vəziyyətdə Bakıya göndərilib. İki nəfərin isə vəziyyəti yaxşıdır. Məlumata görə, hadisə zamanı xəsarət alanlardan iki nəfər yoldan keçənlər olub.
Əraziyə təcili yardım, fövqəladə, və polis əməkdaşları cəlb olunub.
İlkin məlumata görə partlayışa səbəb qaz sızmasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər