Yaşayış binası uçub: 4 ölü, 22 yaralı

Yaşayış binası uçub: 4 ölü, 22 yaralı Polşanın Poznan şəhərində 4 mərtəbəli yaşayış binası uçub.
Binanın uçması nəticəsində 4 nəfər həlak olub, azı 22 nəfər isə xəsarət alıb. Xəsarət alanların 3-nün vəziyyəti ağırdır.
İlkin məlumata əsasən, binada qaz sızması səbəbindən partlayış baş verib.
Hazırda hadisə yerində xilasetmə işləri və axtarış aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər