NATO ölkələri mandatının müddəti cari ilin sentyabr ayında başa çatan Baş katib Yens Stoltenberqin daha bir il bu vəzifədə qalmasını istəyirlər.
Bu, sözügedən vəzifəyə yeni namizədlə bağlı konsensusun olmamasına görədir.
Mediada yeni Baş katib vəzifəsinə iki namizədin adı hallanıb. Bunlar Böyük Britaniyanın müdafiə naziri Ben Uolles və Danimarkanın Baş naziri Mette Frederiksendir.
Xatırladaq ki, Stoltenberqin NATO Baş katibi olaraq səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır. O, 2014-cü ildən bu vəzifəni icra edir və bu postda 3 dəfə mandatının müddəti uzadılıb. O, ən son olaraq 2022-ci ilin oktyabrında vəzifəsini tərk etməli idi.
Tehsil-press.az