Kreml: Rusiya Ukraynanın NATO-ya daxil olmasına icazə verməyəcək

Kreml: Rusiya Ukraynanın NATO-ya daxil olmasına icazə verməyəcək Ukraynanın NATO-ya daxil olmasının qarşısını almaq hələ də Ukraynadakı müharibənin məqsədlərindən biridir.
Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Alyansın baş katibi Yens Stoltenberqin Kiyevə səfərini şərh edən Peskov qeyd edib ki, Ukraynanın NATO- ya daxil olmasının qarşısını almaq Rusiyanın "hərbi əməliyyatı"nın məqsədlərindən biridir və hazırda da davam edir.
"Əlbəttə. Çünki əks halda bu, ölkəmizin təhlükəsizliyi üçün ciddi, əhəmiyyətli təhlükə yaradacaq", -deyə Peskov bildirib.
O, həmçinin əlavə edib ki,"Kremldə Stoltenberqin Kiyevə səfəri ilə əlaqədar Ukraynanın NATO-ya daxil olma perspektivləri barədə ciddi araşdırma yoxdur".

Tehsil-press.az


Oxşar xəbərlər