“Boris Conson NATO-nun yeni Baş katibi ola bilər”

“Boris Conson NATO-nun yeni Baş katibi ola bilər” Hazırda Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Boris Conson NATO-nun yeni Baş katibi ola bilər.
Boris Consonun istefadan sonra vəzifəsiz qalması real görünmür.
“Boris Consonun NATO-nun Baş katibi postuna namizədliyini irəli sürməsini müdafiə üzrə komitənin üzvləri Riçard Draks və Mark Fransua, eləcə də Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə keçmiş nazir Devid Cons dəstəkləyir”, - deyə məlumatda qeyd olunub.
Həmçinin qəzet yazır ki, ukraynalı deputatlar və Mühafizəkarlar partiyasından olan millət vəkilləri bu ideyanı dəstəkləyir.
Xatırladaq ki, Boris Conson iyulun 7-si Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar partiyasının lideri vəzifəsindən istefa verib. Bununla belə, Conson yeni Baş nazir və partiyaya yeni sədr seçilənə qədər öz səlahiyyətlərini icra etməyə davam edəcək.
NATO-ya gəldikdə isə, alyansa hazırda Yens Stoltenberq rəhbərlik edir. O, bu vəzifəyə 2014-cü ildə 5 il müddətinə təyin olunsa da, 2019-cu ildə onun mandatı 2022-ci ilin oktyabr ayına qədər uzadılıb. Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi başladıqdan sonra, NATO-ya üzv ölkələr Stoltenberqin 2023-cü ilin sentyabrın 30-na qədər bu vəzifədə qalmasına dair qərar qəbul ediblər.

Tehsil-press.az


Oxşar xəbərlər