UNEC-də bakalavrlara dəstək məqsədilə mərkəz yaradılıb

UNEC-də bakalavrlara dəstək məqsədilə mərkəz yaradılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) magistratura təhsili almaq istəyən bakalavrlara dəstək məqsədilə Magistraturaya Qəbul üzrə Məlumat Mərkəzi yaradılıb.
Bakalavrlar Mərkəzin üzvləri ilə əlaqə saxlayaraq tədris prosesi, ixtisaslar, keçid balları, təhsil haqqı və s. məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapa biləcəklər. Eyni zamanda, ixtisas seçimi ilə bağlı məsləhət alacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər