UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb

UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) avqustun 16-dan 28-dək I, II, III, IV və V qruplar üzrə ixtisas seçimi keçiriləcək.
Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb.
Abituriyentlər “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqetmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, UNEC-də kadr hazırlığı keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz həftəiçi 5 gün UNEC-in III tədris binasında saat 10-dan 17-dək ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.

Tehsil-press.az


Oxşar xəbərlər