“UNEC-i tanı” layihəsi çərçivəsində abituriyentlərə dəstək göstərilir

“UNEC-i tanı” layihəsi çərçivəsində abituriyentlərə dəstək göstərilir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC-i tanı” layihəsi çərçivəsində II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlərə dəstək göstərilir.
Layihə çərçivəsində abituriyentlərə tədris olunan ixtisaslar, fakültələr, UDİD, Minor proqramları, xüsusi təqaüd imkanları, xarici universitetlərlə ikili diplom və mübadilə proqramları, təhsil haqları, keçid balları və s. barədə ətraflı məlumat veriləcək. Eyni zamanda, onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.
II, III və IV ixtisas qrupu üzrə hazırlaşan abituriyentlər hər həftənin çərşənbə axşamı saat 10-dan 17-dək UNEC-in əsas tədris binasında (İstiqlaliyyət, 6) Abituriyent məlumat mərkəzinə yaxınlaşa bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər