UNEC Abituriyent Məsləhət Mərkəzi gənclərə ixtisas seçimində kömək edir

UNEC Abituriyent Məsləhət Mərkəzi gənclərə ixtisas seçimində kömək edir Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I, II, III, IV və V qruplar üzrə ixtisas seçimi keçirilir.
Abituriyentlərin ixtisas seçiminə kömək məqsədilə UNEC Abituriyent Məsləhət Mərkəzi yaradılıb.
Abituriyentlər “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiqetmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər, UNEC-də kadr hazırlığı keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün Məsləhət Mərkəzinə müraciət edə bilərlər. Mərkəz həftəiçi 5 gün UNEC-in III tədris binasında saat 10-dan 17-dək ödənişsiz əsaslarla fəaliyyət göstərəcək.
İxtisas seçimi avqustun 28-dək davam edəcək.

Tehsil-press.az




Oxşar xəbərlər