“Barselona” Ardanın transferindən buna görə imtina edib

“Barselona” Ardanın transferindən buna görə imtina edib “Barselona”nın prezidenti Joan Laporta “Real”a keçən Arda Güler haqda danışıb.
O, Türkiyə millisinin üzvünün qiymətinin artmasına görə transferdən imtina etdiklərini vurğulayıb:
“Biz sağlam düşüncə ilə hərəkət etməli idik. Qiymət artımlarına görə bu transferdən imtina etməli olduğumuzu düşündük. Biz yarışa bilərdik, amma bu barədə düşünmədik. Arda və ya “Barselona”ya gəlmək istəyən digər oyunçular üçün bunu etməzdik".
Qeyd edək ki, A.Güler “Real”la 6 illik müqavilə imzalayıb.

Tehsil-press.az


Oxşar xəbərlər