Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2023/2024-cü tədris ilində qəbul musiqişünaslıq, turizm bələdçiliyi, turizm işinin təşkili, bədii yaradıcılıq və ekran dramaturgiyası (ssenarist), rejissorluq (teatr rejissoru), kinoşünaslıq ixtisasları üzrə ödənişli əsaslarla yenidənhazırlanma təhsili almaq üçün qəbul davam edir. Sənədlər sentyabrın 5-dək qəbul ediləcək.
Qeyd olunan ixtisaslar üzrə tədris əyani formada həyata keçiriləcək. ADMİU-da yenidənhazırlanma təhsili Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən aparılır.
ADMİU-da yenidənhazırlanma təhsilinə sənəd qəbulu müraciət edənlər tərəfindən şəxsən təqdim edilməklə həyata keçirilir. Təqdim edilmiş sənədlər müvafiq tələblərə cavab verdiyi halda müraciət edən şəxslər yenidənhazırlanma təhsili almaq hüququ qazanırlar.
Yenidənhazırlanma təhsili almaq istəyənlər qeyd olunan sənədləri - rektorun adına ərizə, ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surətini, 2 ədəd fotoşəkil (3×4 sm JPEG formatında) və şəxsiyyət vəsiqəsinin surətini (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd) təqdim etməlidirlər.
Ərizə formasını ADMİU-nun saytına daxil olaraq yükləmək mümkündür.
Tehsil-press.az