Britaniya XİN başçısı Çinə gedəsi olmadı - Həmkarı yoxa çıxıb

Britaniya XİN başçısı Çinə gedəsi olmadı - Həmkarı yoxa çıxıb Böyük Britaniyanın XİN rəhbəri Ceyms Kleveri Çinə səfərini qeyri-müəyyən tarixə təxirə salıb.
Buna səbəb siyasətçinin həmkarı Sin Qanın ictimaiyyət arasında görünməməsidir.
Agentliyin məlumatına görə, həri iki ölkə yüksəkvəzifəli məmurların görüşü üçün alternativ tarixlərin axtarışı ilə məşğuldur.
Böyük Britaniya XİN məsələni şərh etməkdən imtina edib.
“Bloomberg” qeyd edib ki, sonuncu dəfə Sin Qanı publikada iyunun 25-də görüblər. O, Rusiya, Şri-Lanka və Vyetnamadan olan rəsmi şəxslərlə görüşmüşdü.
İyulun 11-də Çin XİN-in rəsmi nümayəndəsi Van Venbin bildirmişdi ki, Sin Qan səhhətindəki problemlər səbəbindən Cakartaya ASEAN xətti üzrə keçiriləcək tədbirlərə getməyəcək. Bu səbəblərdən görüşlərə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van İ getmişdi.

Tehsil-press.az


Oxşar xəbərlər