Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə arasında mədən sənayesində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.
Bu barədə Türkiyənin hökumət qəzeti “Resmi Gazete” məlumat yayıb.
12 bənddən ibarət sənəd 2021-ci il dekabrın 22-də Bakıda imzalanıb. Türkiyə hökuməti adından onu o zaman energetika və təbii sərvətlər naziri vəzifəsində çalışan Fatih Dönməz, Azərbaycan hökuməti adından isə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev imzalayıb.
Saziş dağ-mədən sənayesində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Tehsil-press.az