“Putinlə bu məsələdə ortaq məxrəc tapa bilərik”

“Putinlə bu məsələdə ortaq məxrəc tapa bilərik” “Bildiyiniz kimi, bizim Ukrayna ilə bağlı mövqeyimiz bütün dünyada böyük rəğbətlə qarşılanıb. Bu prosesdə döyüşən tərəfləri masa arxasında bir araya gətirdik. Qan tökülməsini dayandırmaq üçün səy göstərdik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı” çərçivəsində çıxışı zamanı bildirib.
Türkiyə Prezidentinin sözlərinə görə, iyulun 17-dən dayandırılan Qara Dəniz Taxıl Təşəbbüsü üçün işlər davam edir:
“Ötən həftə biz Putinlə danışdıq və məsələni müzakirə etdik. İnanıram ki, Putinlə bu məsələdə ortaq məxrəc tapa bilərik. Qara dəniz təşəbbüsü ilə başlayan müsbət atmosfer bəzi ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Əksinə, yanğını alovlandırdılar. Biz bu gərginliyin davam etməsini istəmirik. Bütün tərəflərlə səmimi işləməyə davam edəcəyik. Müharibənin Qara dənizə yayılması bütün regionumuz üçün tam bir fəlakət olardı”.

Tehsil-press.az


Oxşar xəbərlər