Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Danışıq zamanı regional məsələlər, xüsusilə Rusiya-Ukrayna müharibəsində son hadisələr müzakirə edilib.
Eyni zamanda, Ərdoğan Putinlə taxıl dəhlizi ilə bağlı problemin həllinə dair fikir mübadiləsi apararaq “İstanbul” sazişindən danışıb.
***
Rusiya Prezidenti taxıl sövdələşməsində iştirakını dayandırmaq qərarının səbəblərindən danışıb.
Putin bildirib ki, Rusiyanın taxıl sövdələşməsinə qayıtması Sevastopol hücumunun araşdırılması və Kiyevin təhlükəsizlik zəmanətindən sonra mümkündür.
“Bu hadisənin (Sevastopolda Qara dəniz donanmasının infrastrukturuna və gəmilərinə zərbələr) baş verməsi ilə bağlı təfərrüatlı təhqiqat aparmaq, həmçinin Kiyevdən İstanbul razılaşmalarına ciddi əməl olunmasına real zəmanət aldıqdan sonra, xüsusilə humanitar dəhlizdən hərbi məqsədlər üçün istifadə olunmamasından sonra “Qara dəniz təşəbbüsü” çərçivəsində işlərin bərpası məsələsinə baxmaq mümkün olar”, – deyə mətbuat xidmətinin bəyanatında bildirilib.
Tehsil-press.az