“Çernobılın təkrarlanmasını istəmirik” - Ərdoğan

“Çernobılın təkrarlanmasını istəmirik” - Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zaporojye Atom Elektrik Stansiyasının (AES) atəşə tutulmasını şərh edərkən Çernobılın təkrarlanmasını istəmədiyini bildirib.
Ərdoğan bunu Ukrayna Prezidenti Volodimir Zelenski və BMT-nin Baş katibi Antonio Quterreşlə üçtərəfli görüşdən sonra keçirdiyi brifinqdə deyib.
"Biz Zaporojye Atom Elektrik Stansiyası ətrafında davam edən münaqişələrdən narahat olduğumuzu bildirdik, yeni Çernobıl yaşamaq istəmirik. Türkiyə olaraq münaqişələrin diplomatik həll yolu ilə sona çatması üçün səy göstərərkən, digər tərəfdən ukraynalı dostlarımızın yanında olduq və olmağa davam edirik", - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Türkiyə diplomatiya yolu ilə müharibəni bitirmək üçün səy göstərir.
“Bildiyiniz kimi, cəmi bir ay əvvəl biz BMT-nin tərkibində Ukrayna, Rusiya və Türkiyə birgə tarixi iş nümunəsi göstərdik. İstanbul sazişinin müsbət nəticələrini təkcə Ukrayna deyil, bütün dünya hiss etdi”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti bildirib ki, müqavilənin qüvvəyə mindiyi avqustun 1-dən indiyədək 25 gəmi 625 min tona yaxın Ukrayna taxılını dünya bazarlarına çatdırıb.

Tehsil-press.az



Oxşar xəbərlər