Xəzər dənizinin Türkmənistan sektorunda tapılan neftçinin meyiti Vətənə gətirilib
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Xəzər dənizinin Türkmənistan sektorunda tapılan meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən qəza nəticəsində itkin düşmüş neftçilərdən biri olduğu ehtimal edilib.
Bu barədə məlumat alındıqdan sonra meyitin tanınması və Vətənə gətirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb. Qeyd olunan təyyarə bu gün axşam saatlarında geri dönmüş və cəsəd aidiyyəti üzrə təhvil verilib.
tehsil-press.az