Rusiya 54 britaniyalıya qarşı sanksiya tətbiq etdi

Rusiya 54 britaniyalıya qarşı sanksiya tətbiq etdi Rusiya daha 54 Böyük Britaniya vətəndaşını “stop siyahısı”na daxil edib.
Nazirliyin məlumatına görə, “stop siyahı”sının genişləndirilməsi qərarı Böyük Britaniya tərəfindən “düşmən anti-Rusiya kursunun aqressiv şəkildə həyata keçirilməsinə cavab olaraq” qəbul edilib.
Bu siyahıya hüquq-mühafizə orqanları, peşəkar hüquq ictimaiyyəti və Britaniya jurnalist korpusunun (ümumilikdə 54 nəfər) nümayəndələri daxil edilib.
Xarici İşlər Nazirliyi həmçinin qeyd edib ki, “Londonun anti-Rusiya sanksiya çarxını daha da fırlatmaq üçün göstərdiyi istənilən səylər qaçılmaz olaraq Moskvadan qəti cavab alacaq”. Onlar əlavə ediblər ki, Britaniya hakimiyyətinin hərəkətlərinə cavab olaraq Rusiya Federasiyasının “stop siyahısı”nın genişləndirilməsi üzrə işlər davam etdiriləcək.
Qeyd edək ki, bundan əvvəl Londonun Rusiyada 92 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edilib.

Tehsil-press.az



Oxşar xəbərlər