Böyük Britaniya iranlı nazirə sanksiya tətbiq etdi

Böyük Britaniya iranlı nazirə sanksiya tətbiq etdi Böyük Britaniya İranın rabitə və informasiya texnologiyaları naziri İsa Zarepur da daxil olmaqla 24 iranlı məmura insan haqlarının pozulmasına görə cavabdeh olduqlarını əsas gətirərək sanksiya tətbiq etmək qərarına gəlib.
Bu haqda Britaniyanın Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bəyanatda qeyd olunub ki, İran polisinin nəzarəti altında olarkən dünyasını dəyişən Məhsa Əminin ölümündən sonra İran rəsmiləri etirazlara şiddətlə cavab verib, yüzlərlə insanın ölümünə və minlərlə insanın yaralanmasına səbəb olub.
Bildirilib ki, sanksiya tətbiq edilən şəxslərin Britaniyaya girişinə qadağa qoyulacaq və onların ölkədəki aktivləri dondurulacaq.

Tehsil-press.az



Oxşar xəbərlər