Rusiyadan 62 Kanada vətəndaşına sanksiya

Rusiyadan 62 Kanada vətəndaşına sanksiya Rusiya 62 Kanada vətəndaşının ölkəyə girişinə qadağa qoyub.
Verilən yazılı açıqlamada Kanadanın Rusiya dövlət nümayəndələri, jurnalistlər, ekspertlər və Pravoslav Kilsəsinin Patriarxı Kirillə qarşı sanksiyalar tətbiq etdiyi xatırladılıb.
Buna cavab olaraq 62 kanadalı sanksiya siyahısına salınıb və bu adların siyahısı dərc edilib.
Siyahıya Kanada Xarici İşlər Nazirliyi və Baş nazirlik rəsmiləri, həmçinin siyasi ekspertlər, incəsənət xadimləri və dini nümayəndələr daxildir.

Tehsil-press.az


Oxşar xəbərlər