Rusiya Xarici İşlər Nazirliyi jurnalistlər də daxil olmaqla, 49 Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.
Sanksiya siyahısı Rusiya Nazirliyinin saytında dərc olunub.
Siyahıda yer alan Britaniya vətəndaşlarının Rusiyaya girişi qadağan edilib.
Siyahıda “The Guardian”ın müxbirləri, BBC-nin əməkdaşları, eləcə də, Böyük Britaniyanın “Daily Mail” və “İndependent” qəzetlərinin baş redaktorları, "Times" qəzetinin müharibə xəbərləri redaktoru da var.
Media nümayəndələri ilə yanaşı, sanksiya siyahısına Britaniya müdafiə kompleksi ilə əlaqəli şəxslər də daxildir.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Kanadanın 41 vətəndaşını “stop siyahısı”na daxil edib. Sanksiya siyahısında olan kanadalıların əksəriyyəti Kanada Ukrayna Konqresinə bağlıdır.
Tehsil-press.az