2023-cü ilin yanvar-avqust aylarında Monqolustana 586,2 min xarici turist səfər edib. Bu barədə yerli KİV Monqolustanın Ətraf Mühit və Turizm Nazirliyinin məlumatlarına istinadən xəbər verir.
Bu dövr ərzində Rusiyadan gələn turistlər ümumi turist axınının təxminən 40 faizini, Koreya Respublikasından gələn turistlərin 21,6 faizini, Çindən gələn turistlərin 16,5 faizini təşkil edib.
Monqolustan hökuməti hazırda COVID-19 pandemiyasından ən çox zərər çəkən turizm sənayesini bərpa etməyə çalışır.
Bunu nəzərə alaraq, Monqolustan 2023-2025-ci illəri “Monqolustana səfər illəri” elan edərək, bu il daha çox xarici turist cəlb etmək üçün 90-dan çox tədbir keçirməyi planlaşdırır.
Ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, Monqolustan 2022-ci ildə ümumilikdə 290,4 min xarici turist cəlb edib.
Tehsil-press.az