Istintaq materiallarına əsasən, hadisə Sautenddən Londona hərəkət edən qatarda baş verib.
Tacikistan vətəndaşı, 50 yaşlı Əbdürrəhman Vəliyev (Valuyev) qatarda tək səyahət edən yeniyetmə ilə ünsiyyət qurmağa çalışıb, daha sonra onun yanında əyləşərək qıza qarşı zorakı hərəkətlər edib.
Qız növbəti stansiyada qatardan düşərək hadisə yerindən uzaqlaşıb və başqa qatara minib. İkinci qatarda gedən sərnişinlər azyaşlı qızı hədsiz stress vəziyyətdə görüblər də Britaniya Nəqliyyat Polisinə (BTP) məlumat veriblər. Dəhşətli hadisədən 11 gün sonra polislər Əbdürrəhmanı tapıblar və həbs ediblər. Burada əsas vasitə stansiya və qatarlardakı video və fotoların düzgün analizi olub.
Pedofilin evində aparılan axtarışla hücum günü geyindiyi paltarlar aşkar edilib və bunlar prokurorluğa təqdim edilən geniş dəlillərə əlavə edilib. 9 aprel tarixdə Daxili London Krallıq Məhkəməsində Əbdürrəhman Vəliyev azyaşlıya təcavüz ittihamı ilə günahkar bilinib.
Britaniya Nəqliyyat Polisi təhqiqat kriminalisti Elizabet Kehill mediaya açıqlamasında deyib:
"Valiyev (Vəliyev) həssas bir uşağı hədəfə alaraq onu indiyədək araşdırdığım ən alçaq cinsi təcavüzlərdən birinə məruz qoyub. Şübhəsiz ki, diqqətlər onun alçaq cinsi yırtıcı olmasına yönələcək. Amma mən bunu polisə bildirməyə cəsarət edən qızcığaza heyranam".
Məhkəmənin yekun hökmünün 17 iyun tarixində elan olunacağı gözlənilir.
ƏTRAFLI BURADA:
Tehsil-press.az






