“İrəliyə addım atılması imkanı yarananda Ermənistan…” - Prezident

“İrəliyə addım atılması imkanı yarananda Ermənistan…” - Prezident Prezident İlham Əliyev aprelin 6-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Tehsil-press.az AzerTac-a istinadən xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Prezident İlham Əliyevi ABŞ-a uğurlu səfəri münasibətilə təbrik edib. Stefan Şennak Azərbaycana həssas bir məqamda səfər etdiyini, cəbhə xəttindəki son hadisələrin çox narahatlıq doğurduğunu deyib.
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son hadisələrlə bağlı vəziyyətə toxunan dövlət başçısı münaqişə ilə əlaqədar irəliyə doğru addım atılması imkanı yaranan zaman Ermənistan tərəfindən bu cür təxribatların törədildiyini vurğulayıb.  ABŞ-a səfərinin uğurla keçdiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycan-ABŞ əlaqələrinin yüksək səviyyədə olduğunu deyib. 
Dövlət başçısı Azərbaycan ilə Avropa təşkilatları arasında əlaqələrin yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edərək ölkəmizin bu əlaqələrin konstruktiv ruhda davam etdirilməsində maraqlı olduğunu bildirib, Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramuntun və Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini deyib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. 

tehsil-press.az

Oxşar xəbərlər