Maliyyə Nazirliyinin nümayəndəsi Səlim Müslümovun məhkəməsinə gəlmir

Maliyyə Nazirliyinin nümayəndəsi Səlim Müslümovun məhkəməsinə gəlmir Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun məhkəmə prosesi bu dəfə 1 aylıq təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirikən prosesin təxirə salınması səbəblərindən biri zərərçəkmiş qismində tanınmış Maliyyə Nazirliyinin nümayəndəsinin iştirak etməməsi, digəri müdafiə tərəfinin vəsatəti olub.
Hakim Faiq Qəniyev deyib ki, zərərçəkmiş qurumun nümayəndəsinə növbəti iclasda iştirakının vacib olması ilə bağlı yazılı bildiriş göndərilməlidir.
Səlim Müslümovun vəkilləri Ayxan Rüstəmzadə və Toğrul Vəliyev isə protokollarla tanış olmaq üçün vaxt verilməsini istəyiblər.
Məhkəmə həm zərərçəkmiş qurumun hüquqi varisinin iştirak etməməsini, həm müdafiəçilərin vəsatətini nəzərə alaraq prosesin təxirə salınmasına qərar verib.
Məhkəmə tərkibinə daxil olan hakimlərdən birinin məzuniyyətə çıxması səbəbindən növbəti iclas oktyabrın 4-də keçiriləcək.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.

Tehsil-press.az



Oxşar xəbərlər