İranda kosmetoloji klinikalara müraciət edən kişilərin sayı artır

İranda kosmetoloji klinikalara müraciət edən kişilərin sayı artır İranda kosmetoloji klinikalara müraciət edən kişilərin sayı sürətlə artır.
Ölkə mətbuatının məlumatına görə, belə müəssisələrin hər 5 müştərisindən 2-si kişidir.
İranlıların plastik cərrahiyyəyə, xüsusən də rinoplastikaya meyli son illərdə 10 dəfə artıb. Bundan əlavə, kişilər getdikcə daha çox digər xidmətlərdən və prosedurlardan istifadə edirlər. Bunlara botoks və lipoliptik inyeksiyalar, dəri və saçlar üçün lazer terapiyası, xal və ziyillərin çıxarılması, dərinin təmizlənməsi və saç əkilməsi daxildir.
Plastik cərrahiyyə mütəxəssisi, İran Plastik və Kosmetik Cərrahlar Assosiasiyasının katibi Əliriza Saberinin sözlərinə görə, ölkədə estetik prosedurların təxminən 20%-ni kişilər etdirir. O, dərinin qocalmasının qarşısını almaq üçün kişilər arasında botoksun yayğın olduğunu qeyd edib.
İranlı kişilər həmçinin müxtəlif plastik əməliyyatlara görə (üzün dartılması, qoşa çənənin çıxarılması, bədənin müxtəlif yerlərində, o cümlədən döş, qarın və omba nahiyəsində dərinin sallanmasının aradan qaldırılması və s.) də həkimlərə müraciət edirlər.

Tehsil-press.az


Oxşar xəbərlər