Bayden payızda onunla görüşmək istəyir

Bayden payızda onunla görüşmək istəyir ABŞ Prezidenti Co Bayden bu payızda çinli həmkarı Si Cinpinlə görüşmək istəyir.
Bu haqda ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller açıqlama verib.
“Fikrimizcə, icra səviyyəsində üzbəüz müzakirələrin əvəzi yoxdur”, - o bildirib.
Departament nümayəndəsi əlavə edib ki, hələlik iki liderin rəsmi görüşünün təsdiqi yoxdur. Onun sözlərinə görə, ABŞ onun təşkili imkanları üzərində işləməyə davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər