Yaponiyanın Baş naziri Fumio Kişida yanvarın 27-də Koreya Xalq Demokratik Respublikası tərəfindən həyata keçirilən növbəti raket sınağına münasibət bildirib.
“Şimali Koreya tərəfindən çoxsaylı raket sınaqları böyük təəssüf doğurur. Rəsmi Tokio bununla bağlı Pxenyana etirazlarını artıq bildirib və hazırda lazımi məlumatların toplanması davam edir”, - deyə baş nazir jurnalistlərə bildirib.
Qeyd edək ki, Cənubi Koreya qərargah rəislərinin birləşmiş komitəsinin yaydığı məlumata görə yanvarın 27-də Şimali Koreya tərəfindən Yapon dənizi istiqamətində ballistik raket olduğu güman edilən iki mərmi buraxılıb. Şimali Koreyanın şərqində yerləşən Hamhın rayonundan yerli vaxtla saat 8-də beş dəqiqəlik fasilə ilə buraxılan raketlər təqribən 20 kilometr hündürlükdə 190 kilometr məsafə qət edib.
Yaponiya hökumətindəki mənbənin bildirdiyinə görə, həmin mərmilər Yaponiyanın müstəsna iqtisadi zonasının yaxınlığında dənizə düşüb. Sınaq nəticəsində dəyən zərər barədə hələlik məlumat verilmir.
Əlavə olaraq bildirək ki, bu, cari ilin əvvəlindən Şimali Koreya tərəfindən sayca altıncı raket sınağıdır.
Ötən həftə Şimali Koreya hökuməti 2018-ci ildən bəri dayandırılan nüvə və ballistik raketlərin sınaqlarını bərpa edəcəyi barədə eyham vurub. Yanvarın 20-də isə yerli KİV-lər Şimali Koreyanın hakim partiyasının ABŞ-a qarşı dayanmaq üçün əməli addımlar atmaq və gücünü artırmaq barədə qərar qəbul etməsi barədə xəbərlər yayıb.
Tehsil-press.az