Bayden səhvən onun şəklini paylaşdı

Bayden səhvən onun şəklini paylaşdı Son zamanlar etdiyi səhvlərə görə danışılan ABŞ Prezidenti Co Bayden bu dəfə yanlış foto paylaşmasına görə gündəm olub.
Bayden Vyetnam lideri Vo Van Thuong ilə görüşü ilə bağlı X sosial media hesabındakı paylaşımında səhvən başqa bir vyetnamlı siyasətçinin fotosunu paylaşıb.
“Prezident Vo Van Thuong, belə məhsuldar görüş üçün təşəkkür edirik. Bu tərəfdaşlıq xalqımızın potensialını və onunla birlikdə bir sıra inanılmaz imkanları açmaq məqsədi daşıyır”, - ABŞ lideri fotoya başlıqda yazıb.
Baydenin Vyetnam Milli Assambleyasının spikeri Vuong Dinh Hue ilə təbrik şəklinin yer aldığı səhv paylaşım daha sonra silinib.

Bayden səhvən onun şəklini paylaşdı

Tehsil-press.az

Oxşar xəbərlər