Bayden yüzlə milyonu səhv saldı

Bayden yüzlə milyonu səhv saldı ABŞ Prezidenti Co Bayden Ağ Evdə çıxışı zamanı səhvə yol verib.
O, ölkədə koronavirusdan ümumilikdə 100-dən çox insanın öldüyünü deyib.
“Pandemiya səbəbindən itki hissini hələ də yaşayırıq. Qeyd etdiyim kimi, 100-dən çox insan öldü. Bu, mətbəx masası ətrafında 100 boş oturacaq deməkdir”, - amerikalı lider deyib.
Ağ Evin yayımladığı stenoqramda deyilir ki, ABŞ Prezidenti koronavirusdan 100-dən deyil, 1 milyondan çox (ABŞ-də koronavirusdan 1 milyon 169 min 682 nəfər ölüb - red.) insanın vəfat etdiyini deməli idi.
Qeyd edək ki, ötən ilin noyabrında Baydenin 80 yaşı tamam olub. O, çıxışları zamanı tez-tez səhvlərə yol verir.

Tehsil-press.az



Oxşar xəbərlər