Bayden gözlənilmədən Kiyevə getdi

Bayden gözlənilmədən Kiyevə getdi ABŞ Prezidenti Co Bayden Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Bu barədə məlumatı rusiyalı siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz teleqram kanalında açıqlayıb.
Ukrayna mediası isə öz növbəsində, Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş keçirildiyini yazıb.
Nümayəndə heyətinin tərkibində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da var.
***
“The New York Times”ın məlumatına görə, Bayden bu gün səhər qatarla Kiyevə gedib. Bildirilir ki, təhlükəsizlik baxımından səfər haqqında əvvəlcədən məlumat verilməyib. “Politico” nəşri isə öz növbəsində Baydenin səfərinin hazırlıqlarına təqribən 1 həftə vaxt tələb olunduğunu qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər