Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlanıb

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri açıqlanıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Xarici İşlər Nazirliyinə diplomatik xidmətə qəbul imtahanının birinci mərhələsi keçirilib. İmtahan iştirakçıları nəticələr və cavab kartlarının qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda namizədlərə qanunvericilik və ümumi sahəvi biliklәri yoxlayan 75 tapşırıq və ümumi dünyagörüşü sәviyyәsini, verbal, rәqәmsal mәlumatlarla işlәmә vә mücәrrәd düşünmә bacarığını yoxlayan 45 tapşırıq olmaqla, ümumilikdә 120 tapşırıq tәqdim olunub. Hər bir tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilib.
İmtahanın ikinci mərhələsinə birinci mərhələdə hər bir tapşırıq bloku üzrə 50 faizdən yuxarı (çin, ərəb, fars, fransız, ispan, portuqal və ibri dillərini seçən namizədlər üçün isə 40 faizdən yuxarı) nəticə göstərən namizədlər buraxılır.
Birinci tapşırıq blokuna “Qanunvericilik və ümumi sahəvi biliklər” üzrə (1-75-ci) tapşırıqlar, 2-ci tapşırıq blokuna isə “Ümumi dünyagörüşü”, “Verbal məlumatlarla işləmə bacarığı”, “Rəqəmsal məlumatlarla işləmə bacarığı” və “Mücərrəd düşünmə bacarığı” üzrə (76-120-ci) tapşırıqlar daxildir.
İmtahan nəticələrinə əsasən, 141 nəfər tələb olunan şərtləri ödəyib və ikinci mərhələyə buraxılıb. İmtahanın ikinci mərhələsi haqqında ətraflı məlumatla buradan tanış ola bilərsiniz.
Tələb olunan şərtləri ödəyən namizədlərin imtahanın ikinci mərhələsində iştirakı üçün qeydiyyat 19-20 sentyabr tarixlərində DİM-in internet saytı vasitəsilə aparılacaq.
İmtahan nəticələri ilə bağlı Apellyasiya komissiyası 18-19 sentyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.

Tehsil-press.az




Oxşar xəbərlər