Rezidenturaya qəbul imtahanının birinci mərhələ üzrə nəticələri açıqlanıb

Rezidenturaya qəbul imtahanının birinci mərhələ üzrə nəticələri açıqlanıb Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini elan edib. Hər bir namizəd DİM-in internet saytında imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.
Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1092 namizəddən 17-si imtahana gəlməyib, 1 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric olunub. 631 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyərək ikinci mərhələyə buraxılıb. Ən yüksək nəticə 84 bal olub.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı iyulun 8-də keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər