Doktorantura imtahanlarının nəticələri açıqlandı

Doktorantura imtahanlarının nəticələri açıqlandı Xarici dillər üzrə doktorantura və dissertanturaya qəbul, xarici dillər və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri elan olunub.
İmtahan iştirakçıları DİM-in internet saytında nəticələri, cavab kartının və yazı işlərinin qrafik təsviri ilə tanış ola bilərlər.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanlarda 1444 namizəd (1244 nəfər doktoranturaya qəbul, 195 nəfər fəlsəfə doktoru, 5 nəfər Azərbaycan dili imtahanı) iştirak edib. Ümumilikdə 96 nəfər imtahana gəlməyib. 2 nəfər imtahandan xaric olunub.
Doktorantura və dissertanturaya qəbul imtahanının nəticələrinə əsasən 637 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb.
47 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balını toplayıb. Üç əcnəbi iddiaçı Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balını toplayıb.
Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.

Tehsil-press.az



Oxşar xəbərlər