“Azərbaycanın antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı”

“Azərbaycanın antiterror tədbirləri keçirməkdən başqa yolu qalmamışdı” “Biz Ermənistandan verdiyi vədlərə əməl edəcəyini, xüsusən də Zəngəzur dəhlizinin açılmasını gözləyirik”.
Bunu BMT Təhlükəsizlik Şurasının iclası zamanı Türkiyənin BMT-dəki nümayəndəsi Burak Akçapar deyib.
O bildirib ki, Türkiyə iki ölkə arasında sülh prosesini əvvəldən dəstəkləyir və buna görə də Ermənistanla normallaşma prosesinə başlayıb:
“Ermənistan və digər əlaqədar tərəfləri fürsəti əldən verməməyə çağırırıq. Çünki Ermənistanın son 3 ildəki gedişlərindən sonra Azərbaycanın öz təhlükəsizliyini və sabitliyini təmin etmək üçün Qarabağdakı qanunsuz silahlı qüvvələrə qarşı antiterror tədbirləri keçirməkdən başqa bir yolu qalmamışdı. Bu, Azərbaycanın suveren hüquqları və vətəndaşlarının təhlükəsizliyi üçün atmalı olduğu addım idi”.

Tehsil-press.az



Oxşar xəbərlər