Azərbaycan mütləq şəkildə antiterror əməliyyatı keçirməlidir.
Bunu hüquq elmləri üzrə fəlsəfə doktoru, keçmiş DQMV Daxili İşlər İdarəsinin rəis müavini vəzifəsində çalışmış polkovnik Sadir Məmmədov deyib.
Onun sözlərinə görə, Ermənistan törətdiyi təxribatlarla 10 noyabr bəyanatından yayınmağa və prosesə yenidən Minsk Qrupunu, üçüncü dövlətləri cəlb etməyə çalışır:
“Ermənistan 10 noyabr bəyanatından yayınmaq, delimitasiya və demarkasiya prosesini uzatmaq və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün sərhəddə təxribatlara yol verir. Digər bir məqsəd isə vəziyyəti gərginləşdirmək yolu ilə Minsk Qrupunu yenidən dirçəltmək, üçüncü dövlətləri məsələyə cəlb etmək istəyir. Ermənistanı qızışdıranlar, ona ürək-dirək verənlər var. Yoxsa Ermənistanın təkbaşına bu təxribatları etməyə cəsarəti çatmaz. Yəni Ermənistan yenə öz ampluasındadır və böyük dövlətlərin maşalığını yerinə yetirir. Ancaq bununla heç bir şeyə nail olmaq mümkün deyil”.
Onun sözlərinə görə, Ermənistanın bu təxribatlarına qarşı Azərbaycan mütləq şəkildə antiterror əməliyyatı həyata keçirməlidir:
“Əgər rus sülhməramlıları öz vəzifələrini yerinə yetirə bilmirsə, erməni terrorçularının Ermənistan tərəfindən silahlandırılmasına, onların Azərbaycana qarşı təxribatlarına göz yumursa, bu o deməkdir ki, Azərbaycanın antiterror əməliyyatı keçirməkdən başqa bir yolu qalmır. Çünki İlham Əliyev dəfələrlə Ermənistana sülh müqaviləsinin imzalanması ilə bağlı çağırışlar edib, ancaq təəssüf ki, bu çağırışlar cavabsız qalıb. Çox yaxşı xatırlayıram ki, ötən əsrin 80-ci illərinin sonlarında da vəziyyət ermənilərin təxribatları ilə gərginləşmiş və nəticədə müharibə başlamışdı. Ermənistanın yenidən baş qaldırmasına imkan vermək olmaz. Bunun üçün antiterror əməliyyatlarının keçirilməsi vacibdir. Çünki Ermənistan özü yeni reallığı qəbul etmir, Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sülh şəraitində yaşamaq istəmir, kommunikasiya xətlərinin açılmasının qarşısının alınması üçün bütün qanunsuz vasitələrə əl atır, cinayətlər törədir”.
Sadir Məmmədov bildirib ki, Azərbaycanın antiterror əməliyyatı keçirmək və öz ərazisini terrorçu ünsürlərdən təmizləməyə tam haqqı var:
“10 noyabr bəyanatının 4-cü bəndində rus sülhməramlılarının Qarabağa yerləşməsi ilə paralel şəkildə erməni terrorçularının ölkəmizin ərazilərindən çıxarılması öz əksini tapıb. Yəni erməni terrorçularını həmin ərazidən çıxarmaq rus sülhməramlılarının birbaşa vəzifəsidir. Rusiya Prezidenti Vladimir Putin Qarabağdakı vəziyyətlə bağlı 17 noyabr tarixində “Rossiya 24” kanalına verdiyi müsahibədə “Ermənistan razılaşmadan imtina etsə, nə baş verər?” sualına, “Bu, Ermənistan üçün intihar olardı” cavabını verib. Vladimir Putinin sözügedən suala cavabı və Qarabağı ölkəmizin ərazisi kimi tanıması haqqında mətbuata açıqlamaları həm Azərbaycan, həm də bütün dünya dövlətləri tərəfindən Rusiyanın rəsmi mövqeyi kimi qəbul edilib. 10 noyabr bəyanatı da hər üç dövlətin rəhbərləri tərəfindən imzalanıb. Ona görə ərazimizdə müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının öz vəzifələrini düzgün şəkildə yerinə yetirməməsi və erməni separatçılarına göz yumması Azərbaycanda təəssüf və təəccüb doğurur. Ermənistan ağlını başına toplamalı, əlinə düşən bu tarixi şansı dəyərləndirməlidir. Yoxsa növbəti dəfə bir müharibə yaşansa, Ermənistanın yenidən özünə gəlməsi mümkün olmayacaq”.
Tehsil-press.az