Dmitri Medvedev Yerevandadır

Dmitri Medvedev Yerevandadır Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanda səfərdədir.

Tehsil-press.az "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiya hökumətinin mətbuat xidməti məlumat verib. Məlumata görə, o, Ermənistan prezidenti Serj Sarqsyan və baş nazir Ovik Abramyanla görüş keçirəcək. Görüşdə energetika və nəqliyyat sahələrində ikitərəfli əməkdaşlıq, eləcə də Avroasiyaya inteqrasiyanın möhkəmlənməsi kimi məsələlər müzakirə ediləcək.
Səfər çərçivəsində Rusiya və Ermənistan arasında bir sıra sənədlərin imzalanması da planlaşdırılır. Sabah Medvedevin Bakıya səfəri gözlənilir.

tehsil-press.az

Oxşar xəbərlər