DSX-də xidmət edən ali təhsilli zabitlər Xidmətin Akademiyasının magistraturasına qəbul oluna bilərlər

DSX-də xidmət edən ali təhsilli zabitlər Xidmətin Akademiyasının magistraturasına qəbul oluna bilərlər “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə) ixtisaslarından asılı olmayaraq, Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edən ali təhsilli zabitlər DSX Akademiyasının qəbul şərtlərinə uyğun olaraq magistraturaya qəbul oluna bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər