Pedaqoji fəaliyyətlə məşğul olma Qaydasında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin müvafiq qərarını imzalayıb. Qaydada edilmiş dəyişikliyə əsasən pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu üçün müsabiqəyə buraxılan ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısının hər il müsabiqədən əvvəl Təhsil Nazirliyinin rəsmi internet səhifəsində elan edilməsi nəzərdə tutulur.
Eyni zamanda, Qaydada müəllimlərin işə qəbulu müsabiqəsinin nəticəsinə əsasən işə qəbul olunmuş pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər üçün ödənişsiz təlim kurslarının keçirilməsi və kursları başa vurmuş şəxslərə forması Nazirlik tərəfindən müəyyən edilən sertifikatın verilməsi əks olunub.
Tehsil-press.az