BMT hücumla bağlı sabah təcili iclas keçirəcək

BMT hücumla bağlı sabah təcili iclas keçirəcək BMT Təhlükəsizlik Şurası Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu müzakirə etmək üçün sabah təcili iclas keçirəcək.
O açıq formatda keçiriləcək görüşün saat 10.00-da baş tutacağını bildirilib.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının təcili iclasını Rusiya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu müzakirə etmək üçün çağırıb.
Xatırladaq ki, ötən gün Qəzza zolağında raketlərdən biri Əl-Əhli Baptist xəstəxanasına düşüb. Hadisə nəticəsində azı 500 nəfərin öldüyü açıqlanıb.

Tehsil-press.az



Oxşar xəbərlər