Yeni koronavirus səbəbi ilə təcili iclas çağrıldı

Yeni koronavirus səbəbi ilə təcili iclas çağrıldı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Gebreisus Çində koronavirusun yeni növünün yayılması səbəbi ilə yanvarın 22-si fövqəladə vəziyyət üzrə Komitənin təcili iclasını keçirəcək.
Bu barədə ÜST-nın rəsmi "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "ÜST-nın baş direktoru Tedros Adanom Gebreisus yeni koronavirus 2019-nCoV ilə əlaqədar beynəlxalq səhiyyə standartlarına uyğun olaraq fövqəladə vəziyyət üzrə komissiyanın təcili iclasını çağırır. Komitənin iclası çərşənbə günü, yanvarın 22-si keçiriləcək".
Komitə virusla mübarizə üçün tövsiyələrin hazırlanması üzərində də işləyəcək.

Tehsil-press.az

Oxşar xəbərlər